Azərbaycan güləşi daha iki beynəlxalq hakim qazandı

Azərbaycan güləşi daha iki beynəlxalq hakim qazandı
09.09.2026 15:06 İdman

Azərbaycanın beynəlxalq dərəcəli güləş hakimlərinin sayı artıb.

TodayPress TV xəbər verir ki, mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçərək hakimlik kateqoriyalarını yüksəldiblər.

Daha əvvəl milli kateqoriyalı hakim kimi daxili yarışlarda görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusu qazanıb. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəli beynəlxalq hakim kateqoriyasına yüksəlib.

Bununla da Azərbaycanın beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər