Azərbaycan güləşçilərindən Avropa çempionatında böyük uğur

Azərbaycan güləşçilərindən Avropa çempionatında böyük uğur
22.05.2026 22:38 İdman

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, qadın güləşində 36 kq çəki dərəcəsində çıxış edən Gülay Xasməmmədova final uğrunda ukraynalı Oleksandra Sozinova ilə qarşılaşıb. Rəqibini “tuş”la məğlub edən Xasməmmədova finala çıxıb.

Sərbəst güləşdə isə 85 kq çəki dərəcəsində Elvin Necəfzadə yarımfinalda Türkiyə təmsilçisi Poyraz Bilginlə üz-üzə gəlib. Rəqibinə 6:0 hesabı ilə qalib gələn Necəfzadə finala yüksəlib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər