Azərbaycan güləşçiləri Serbiyada medal ovuna çıxır

Azərbaycan güləşçiləri Serbiyada medal ovuna çıxır
09.03.2026 10:40 İdman

Bu gün Serbiyada güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.

TodayPress TV xəbər verir ki, Zrenyanin turnirinin ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Zəfər Əliyev (97 kq) qitə çempionatının mükafatları uğrunda mübarizə aparacaqlar.

Güləş üzrə U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər