Azərbaycan gimnastları Portimao turnirinə damğa vurdu

Azərbaycan gimnastları Portimao turnirinə damğa vurdu
12.05.2026 13:07 İdman

Azərbaycanın bədii gimnastları Portuqaliyada keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.

TodayPress TV xəbər verir ki, ölkəmizi gənclər yaş kateqoriyasında təmsil edən Azadə Atakişiyeva və Nuray Muradlı Portimao turnirində uğurlu çıxışları ilə diqqət çəkiblər.

Gimnastlarımız komanda hesabında 94.000 xal toplayaraq ABŞ və İtaliya təmsilçilərini geridə qoyub, qızıl medala sahib olublar.

Fərdi proqramda topla çıxış edən Azadə Atakişiyeva 25.500 xalla qızıl medal qazanıb. Gövhər İbrahimova isə 25.900 xalla gümüş medala layiq görülüb.

Turnirdə böyüklər yaş kateqoriyasında Azərbaycanı Gövhər İbrahimova, Fidan Qurbanlı və Kamilla Seyidzadə təmsil ediblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər