Azərbaycan futbolunda sürpriz transfer: Benziya “Turan Tovuz”da!

Azərbaycan futbolunda sürpriz transfer: Benziya “Turan Tovuz”da!
10.09.2026 12:44 İdman

“Turan Tovuz” klubu heyətini “Qarabağ”ın sabiq hücumçusu ilə gücləndirməyə hazırlaşır.

TodayPress TV “sport1.az”a istinadən xəbər verir ki, Tovuz təmsilçisi “Qarabağ”ın sabiq əlcəzairli futbolçusu Yassin Benziya ilə anlaşmağa çox yaxındır.

Tərəflər arasında müqavilənin rəsmiləşdirilməsi üçün yalnız son xırda detalların razılaşdırılması qalıb. 31 yaşlı hücumçunun da yenidən Azərbaycan Premyer Liqasına qayıtmağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Yassin Benziya 2023–2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 104 rəsmi oyunda 28 qol vurub və 25 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər