Azərbaycan çempionatında ilk günün qalibləri bəlli oldu
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib.
TodayPress TV xəbər verir ki, yarışda milli üzvləri də daxil olmaqla paytaxtın müxtəlif klublarını, həmçinin Gəncə, İsmayıllı, Bərdə, Xızı və Ordubadı təmsil edən 135 atlet mübarizə aparır.
Turnir Avropa çempionatı və Balkan çempionatına seçim və hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Çempionatın ilk günündə müvafiq olaraq kişilərdə və qadınlarda 100 metr məsafəyə qaçışda Həmid Nəbiyev və Lamiyə Vəliyeva, 400 metrdə Cavid Məmmədov və İlahə Quliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli və Nila Heydərova, 3000 metr məsafəyə maneələrlə qaçışda Əmrah Nağıyev Azərbaycan çempionu olublar.
Üç əkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva, hündürlüyə tullanmada Bülbül Babayev və Zeynəb Qəmbərova, nüvəitələmədə İsmayıl Əliyev və Səkinə Hacızadə, nizəatmada Orxan Qasımov və İradə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.