Azərbaycan Basketbol Liqasında IX tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında IX tura yekun vuruldu
14.12.2025 19:35 İdman

Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulub.

TodayPress TV xəbər verir ki, turun son günündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun matçında "Abşeron Lions" qələbə qazanıb - 88:72.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər