Azərbaycan atleti fəxri kürsüyə yüksəldi

Azərbaycan atleti fəxri kürsüyə yüksəldi
17.11.2025 22:30 İdman

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva mübarizəyə qoşulub.

Üç təkanla tullanma növündə mübarizə aparan atlet uğurlu çıxışla yadda qalıb.

Sariyevanın ən yaxşı göstəricisi 13.84 metr olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.

TodayPress TV

FOTOLAR

Azərbaycan atleti fəxri kürsüyə yüksəldi — 1
Azərbaycan atleti fəxri kürsüyə yüksəldi — 2
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər