Azarkeş fayeri və gecikmə “Barselona”ya baha başa gəldi!

Azarkeş fayeri və gecikmə “Barselona”ya baha başa gəldi!
21.02.2026 11:11 İdman

UEFA VII tur çərçivəsində keçirilmiş oyunla bağlı “Barselona”  klubunu 30,5 min avro məbləğində cərimələyib. 

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Söhbət UEFA Çempionlar Liqasının ümumi mərhələsində Praqada keçirilmiş “Slaviya Praqa” – “Barselona” (2:4) matçından gedir.

Kataloniya təmsilçisi azarkeşlərin fayer yandırmasına görə 15,5 min avro ödəməlidir. Daha 15 min avro isə komandanın meydançaya gec çıxmasına görə tətbiq olunub. 

Bildirilir ki, gecikmə baş məşqçi Hans-Diter Flikin hərəkətləri ilə bağlı olub. Alman mütəxəssis UEFA tərəfindən xəbərdarlıq alıb və bu xəbərdarlıq gələcəkdə daha ciddi sanksiyaya çevrilə bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər