Ayxan Abbasov “23-lüy”ü müəyyən etdi
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib.
TodayPress TV sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov heyətdə dəyişiklik edib.
Mütəxəssis bugünkü qarşılaşmada “Araz-Naxçıvan”da top qovan Mustafa Əhmədzadəyə ehtiyac görməyib.
Həmçinin milliyə dəvət alan 26 futbolçudan Şahruddin Məhəmmədəliyev cəzalı olduğu üçün meydana çıxmayacaq. Elvin Cəfərquliyev isə səhhətindəki problemə görə heyətdən kənarda qalıb.
Qeyd edək ki, Azərbaycan - İslandiya oyunu bu gün saat 21:00-da başlayacaq.
Namiq HUN