Ayrılıqdan sonra ilk reaksiya futbolçudan gəldi

İdman

13.01.2026 12:47

Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde Xabi Alonsonun əsas komandanın baş məşqçi postundan uzaqlaşdırılmasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

“Mister, sizə və işinə hər zaman yüksək peşəkarlıqla yanaşan bütün məşqçi heyətinə ən xoş arzularımı çatdırıram. Qarşıdakı bütün işlərinizdə uğurlar arzulayıram”, - deyə Valverdebildirib. 

Qeyd edək ki, mütəxəssis komandanın İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olmasından bir gün sonra vəzifəsindən azad edilib.

Xabi Alonso “Real”a 2025-ci ilin yayından rəhbərlik edirdi. Onun yerinə madridlilərin sabiq futbolçusu Alvaro Arbeloa baş məşqçi təyin olunub.

Xatırladaq ki, La Liqada “Real” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid təmsilçisi 19 oyunda 45 xal toplayıb. Çempionlar Liqasında isə komanda ümumi cədvəldə 12 xalla yeddinci yerdədir.

Namiq HUN

TodayPress TV

tag: Federiko Valverde,Real Madrid,Xabi Alonso,Komanda,Todaypress.tv,