Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasına məğlubiyyətlə başlayıb.
TodayPress TV xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv İsveç yığmasına uduzub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bu gün keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.