Avropa çempionatı və Dünya Kubokunun “Şahdağ” mərhələsi yekunlaşdı

İdman

09.03.2026 11:12

Şahdağ Turizm Mərkəzində təşkil olunan Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarına yekun vurulub.

TodayPress TV xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə qüvvələrini sınayaraq qalibləri müəyyən ediblər.

U-18 yaş kateqoriyasında qızlar arasında Anastasiya Pşenicnaya qalib olub. Oğlanlar arasında isə Matei Petre birinci yeri tutub.

U-20 kateqoriyasında qadınların yarışında Marina Anastasova finişə hamıdan tez çatıb. Oğlanlar arasında isə Walter Silas qızıl medala sahib olub.

U-23 yaş kateqoriyasında qızlar arasında Tib Deseyn qalib gəlib. Oğlanların yarışında isə Julian Tritscher qələbə sevinci yaşayıb.

Böyüklərin turnirində qadınların yarışında Sara Dreyer qızıl medal qazanıb. Kişilər arasında isə Rémi Bonnet birinci olub.

Vertikal növdə Azərbaycan millisinin üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yeri tutub.

Namiq HUN

TodayPress TV

tag: Avropa,Kubok,Xizək,Şahdağ,Todaypress.tv,