Avropa çempionatı: Şahdağda medallar sahiblərini tapdı
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub.
TodayPress TV xəbər verir ki, böyüklərin sprint yarışında kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsüyə yüksəlib. İlk üçlüyü Tomas Bussar (İsveçrə) və Martines Ferrer (İspaniya) təşkil edib.
Qadınların mübarizəsində isə İsveçrə xizəkçisi Marianne Fatton Avropa çempionu olub. Julia Murada (İtaliya) gümüş, Tatyana Paller (Almaniya) isə bürünc medal qazanıb.
Namiq HUN