Avrokuboklar öncəsi “Zirə”dən vacib transfer gedişi!

Avrokuboklar öncəsi “Zirə”dən vacib transfer gedişi!
10.06.2026 16:13 İdman

Almaniyalı qapıçı Fabian Buntiç yaxın vaxtlarda “Qarabağ” klubunu tərk edə bilər.

TodayPress TV “futbolinfo.az”a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Martin Zlomisliç ilə razılıq əldə olunmasından sonra Ağdam təmsilçisi Fabian Buntiçlə yollarını ayırmağa hazırlaşır.

29 yaşlı futbolçunun Azərbaycanı tərk etməyəcəyi bildirilir. Belə ki, “Zirə” klubu onun xidmətində maraqlıdır və tərəflər arasında danışıqlar aparılır.

“Turan Tovuz”un yerinə avrokuboklarda iştirak etmək hüququ qazanan “qartallar” qapı xəttində yaranan boşluğu məhz Buntiçlə doldurmağı planlaşdırır.

Qeyd edək ki, “Zirə” daha əvvəl braziliyalı qapıçı Tyaqo Silva ilə yollarını ayırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər