Atletimiz Daşkənd turnirində üçüncü oldu

Atletimiz Daşkənd turnirində üçüncü oldu
16.05.2025 10:25 İdman

Özbəkistanda keçirilən Dünya Atletikasının bürünc səviyyəli UNG Meeting turniri atletimiz üçün uğurlu olub.   

TodayPress TV xəbər verir ki, milli komandanın üzvü Lamiyə Vəliyeva Daşkənd turnirinin mükafatçıları sırasında yer alıb.   

Atletimiz 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib. Bu göstərici ilə Lamiyə Vəliyeva yarışın bürünc medalını qazanıb.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər