“Atletiko”da Alvares dönüşünə yaşıl işıq: Simeone mövqeyini açıqladı
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvareslə münasibətlərin gələcəyi barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Alvaresin “Barselona”ya keçmək istədiyi və bunun üçün komandanın məşqlərinə qatılmadığı bildirilir. “Atletiko” isə argentinalı futbolçunu birbaşa rəqibinə satmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Simeone Alvares komandaya qayıdacağı təqdirdə onunla münasibətləri düzəltməyə hazır olduğunu bildirib:
“Xulian Alvares komandaya qayıdanda onun özünü vacib futbolçu kimi hiss etməsi üçün lazım olan hər şeyi edəcəyik. Xulian yaranmış vəziyyəti düzəldə bilərmi? Həyatda sağlamlığımız olduğu müddətdə hər şeyi dəyişmək mümkündür”.
Namiq HUN