“Atletiko” 13 ildən sonra finalda – “Barselona”ya 7 qollu şok!

“Atletiko” 13 ildən sonra finalda – “Barselona”ya 7 qollu şok!
04.03.2026 09:15 İdman

“Atletiko Madrid” Kral Kubokunun yarımfinalında “Barselona”nı 4:3 hesabı ilə məğlub edərək 2013-cü ildən sonra ilk dəfə turnirin final mərhələsinə vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, “hindular” 13 il əvvəl finalda “Real Madrid”i 2:1 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırmışdılar.

“Atletiko Madrid” 2025/26 mövsümünün Kral Kuboku finalında “Real Sosyedad” – “Atletik” cütlüyünün qalibi ilə üz-üzə gələcək.

Bu komandalar arasında keçirilən ilk oyunda “Real Sosyedad” 1:0 hesablı qələbə qazanıb.

4 martda San-Sebastyanda baş tutacaq cavab görüşü “Atletiko Madrid”in finaldakı rəqibini müəyyən edəcək.

İspaniya futbolunda həyəcan pik həddə çatıb. Madrid təmsilçisi yeni kubok üçün addımlayır! 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər