“Aston Martin”də Alonso böhranı: Danışıqlar tıxandı!

“Aston Martin”də Alonso böhranı: Danışıqlar tıxandı!
10.09.2026 14:27 İdman

İkiqat “Formula-1” çempionu Fernando Alonso “Aston Martin” komandasındakı gələcəyi ilə bağlı hələ ki son qərarını verməyib.

TodayPress TV “RacingNews365” nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı pilotun Britaniya təmsilçisi ilə yeni müqavilə üzrə danışıqları çətin keçir.

Alonsonun komanda ilə hazırkı müqaviləsi 2026-cı il mövsümünün sonunda başa çatır. Onun karyerasını davam etdirmək üçün ehtimallardan biri “Alpine” komandasına qayıtmaq idi. Lakin hər iki pilotunun müqaviləsini uzatması səbəbindən bu ssenari praktiki olaraq gündəmdən düşüb.

Mənbənin məlumatına görə, tərəflər rəsmi açıqlama verməyə tələsmirlər, çünki komanda böhranlı vəziyyətdən çıxmaq üçün hələ çox iş görməlidir. Müqavilə müddətinin “1+1” sxemi üzrə olması ən real variant sayılır.

Bundan əlavə, Alonso və “Aston Martin” onun pilotluq karyerasını bitirdikdən sonra komanda strukturundakı gələcək rolunu da müzakirə edirlər. Uğursuz mövsümdən sonra komandanın Alonsonu əsas aktiv hesab edərək onun məvacibini artıracağı da istisna olunmur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər