“Astana” komandası “Bakı-Xankəndi” turunda növbəti zəfərini qazandı

İdman

12.05.2026 13:45

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Qəbələ şəhərindən Mingəçevirə qədər uzanan 162,9 kilometrlik marşrutda finiş xəttini birinci Qazaxıstanın “Astana” komandasının rusiyalı velosipedçisi Qleb Suritsa keçib. 

O, məsafəni 3 saat, 26 dəqiqə, 43 saniyəyə qət edib. 

Belçikalı Dyupon Timoti (“Tarteletto-İsorex”) ikinci, ekvadorlu Pita Kristian David (“Roojai İnsurance Winspace”) üçüncü yeri tutub.

Xatırladaq ki, veloyürüşün Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi “Astana” komandasının qazaxıstanlı üzvü Yevgeniy Fedorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsini isə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko qazanıb.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirə mayın 14-də yekun vurulacaq. 

Namiq HUN

TodayPress TV

tag: Bakı-Xankəndi,Azərbaycan,velosiped yarışı,Astana,Todaypress.tv,

photo
photo