Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı
“Arsenal” klubu yay transfer dövründə heyətini gücləndirmək üçün ən azı üç futbolçu transfer etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi yüksək səviyyəli vinger, yarımmüdafiəçi və sağ cinah müdafiəçisi transfer etməyi hədəfləyib. “Topçular” üçdən çox futbolçu da heyətə qata bilər. Lakin bu, müəyyən qədər komandadan ayrılacaq oyunçuların sayından asılı olacaq.
“Arsenal” baş məşqçi Mikel Artetanin rəhbərliyi altında başa çatan mövsümdə İngiltərə Premyer Liqasının çempionu olub. Komanda eyni zamanda UEFA Çempionlar Liqasının finalına yüksəlib. London təmsilçisi həlledici görüşdə Pari Sen-Jermen” ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olub.
Namiq HUN