“Arsenal”ın ulduzu ilə yeni müqavilə rəsmiləşmək üzrədir!

“Arsenal”ın ulduzu ilə yeni müqavilə rəsmiləşmək üzrədir!
16.11.2026 14:06 İdman

Londonun “Arsenal” klubu komandanın aparıcı futbolçularından olan Deklan Raysla yeni müqavilə imzalamağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb. 

Mənbənin bildirdiyinə görə, 27 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə üzrə danışıqlar yekun mərhələdədir və klub yaxın vaxtlarda razılaşmanı rəsmən açıqlayacaq.

İngiltərə millisinin üzvünün “Arsenal”la hazırkı müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Sazişdə anlaşmanın daha bir mövsüm uzadılması bəndi də yer alıb. Rays 2023-cü ilin yayından London təmsilçisinin formasını geyinir.

Qeyd edək ki, futbolçu cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib və ümumilikdə 1232 dəqiqə meydanda olub. Bu göstərici ilə o, komandanın ən çox oyun vaxtı alan futbolçularından biridir. Yalnız müdafiəçi Qabriel Maqalyaeş daha çox - 1395 dəqiqə meydanda qalıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər