“Arsenal” tarixi rekorda imza atdı
“Arsenal” klubu Liqa Kubokunun 1/8 final mərhələsində “Brayton end Hov Albion”u (2:0) məğlub edərək bütün dövrlərin İngiltərə futbol rekordunu qırıb.
TodayPress TV Opta Sport-a istinadən xəbər verir ki, “Arsenal” İngiltərə futbolunun ali divizionu tarixində bir ay ərzində keçirdiyi altı oyunun hamısında “quru” qələbə qazanan ilk komandadır.
“Topçular” oktyabr ayında Premyer Liqada “Kristal Pelas” (1:0), “Fulhem” (1:0), “Vest Hem” (2:0) üzərində qələbə qazanıb, Çempionlar Liqasında isə “Atletiko Madrid” (4:0) və “Olimpiakos”u (2:0) darmadağın ediblər. Son olaraq isə “Arsenal” Liqa Kubokunda “Brayton”a (2:0) qalib gələrək tarixi nəticəni rəsmiləşdirib.
Namiq HUN