Arne Slot-Salah söhbətindən sonra qərar verildi
İdman
13.12.2025 10:18
“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah Premyer Liqanın 16-cı turunun “Brayton” ilə oyunu üçün əsas heyətə daxil edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Bildirilir ki, bu qərar misirli futbolçu ilə baş məşqçi Arne Slot arasında aparılan söhbətdən sonra verilib.
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək oyun Salahın Afrika Millətlər Kubokuna yola düşməzdən əvvəl bu il “Liverpul”da son matçı olacaq.
Xatırladaq ki, forvard “Liverpul”un son dörd oyununda əsas heyətdə yer almayıb. Ötən həftə sonu baş tutan “Lids”lə oyunda isə Slot Salahı ehtiyat oyunçular skamyasında saxlayıb. Bundan sonra futbolçu məşqçini oyun vaxtının əsassız azaldılmasına görə tənqid edib. Nəticədə, hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin “İnter”lə oyununda heyətdən kənarlaşdırılıb.
Namiq HUN
tag: Arne Slot,Salah,Liverpul,Qərar,Todaypress.tv,
