Arnar Qunnlauqsson: “İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq”
“Azərbaycan millisi ilə oyunda yaxşı nəticə qazanmağa məcburuq”.
TodayPress TV xəbər verir ki, bu sözləri mətbuat konfransında İslandiya yığma komandasının baş məşqçisi Arnar Qunnlauqsson deyib.
Mütəxəssis millimizlə keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Komandamız üçün vacib görüşdür. Pley-off şanslarını qorumaq üçün bu matçda nəticə qazanmağa məcburuq. İnanırıq ki, hər şey bizim üçün yaxşı olacaq. Baxmayaraq ki, rəqib artıq daha çox istəkli mübarizə aparır. İlk matçda 5:0 hesabı ilə qələbə qazanmışdıq. Həmin qarşılaşmada Azərbaycan millisi pis deyildi”.
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.
Namiq HUN