Ardanın transfer bonusları aktivləşdi
“Real Madrid” Arda Güler üçün “Fənərbağça”ya bonus ödəyəcək.
TodayPress TV “Diario AS”a istinadən xəbər verir ki, La Liqada “Valensiya” ilə görüş Ardanın Madrid təmsilçisindəki 75-ci oyunu olub.
Transfer müqaviləsinin şərtlərinə görə, 20 yaşlı yarımmüdafiəçinin bu mərhələyə çatacağı təqdirdə İstanbul klubu əlavə bonus alacaq. Anlaşmaya görə “Real” “Fənərbağça”ya 2 milyon avro bonus ödəməli olacaq.
Qeyd edək ki, Arda 2023-cü ilin yayında “Real”la 6 illik müqavilə imzalayıb. Güler “kral klubu”nun hneyətində meydana çıxdığı 75 oyunda 15 qol vurub və 17 məhsuldar ötürmə edib.
Xatırladaq ki, La Liqanın XI turunda “Real” “Valensiya” üzərində 4:0 hesablı qələbə qazanıb.
Namiq HUN