Arda Turan “Şaxtyor”un futbolçularına təqdim olundu

Arda Turan “Şaxtyor”un futbolçularına təqdim olundu
20.06.2025 14:57 İdman

“Şaxtyor” klubunun yeni baş məşqçisi Arda Turan komandaya təqdim edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyəli məşqçini futbolçulara Ukrayna klubunun idman direktoru Dario Srna təqdim edib. Sonra Arda Turan yeni komandası ilə ilk toplantısını keçirib.

Xatırladaq ki, 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. “Şaxtyor” onun baş məşqçi kimi ikinci klubudur. Arda Turan buna qədər Türkiyə Superliqasında mübarizə aparan “Eyüpspor”u çalışdırıb. 

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər