Arda Güler üçün Madriddə yeni dövr başlayır

Arda Güler üçün Madriddə yeni dövr başlayır
27.05.2026 15:51 İdman

“Real Madrid” klubunun baş məşqçisi vəzifəsinə təyin olunacağı gözlənilən Joze Mourinyo artıq komanda üçün strategiya hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssis yarımmüdafiəçi Arda Güleri meydanın əsas fiqurlarından birinə çevirməyi planlaşdırır. O, türkiyəli futbolçu ilə əlaqə saxlayaraq onun taktiki sxemlərdəki gələcək rolunu izah edib.

Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayından Madrid təmsilçisində çıxış edir. 21 yaşlı yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər