Arbeloa “Real”la vidalaşdı: “Hər günün dadını çıxardım”

Arbeloa “Real”la vidalaşdı: “Hər günün dadını çıxardım”
22.05.2026 13:46 İdman

Alvaro Arbeloa “Real Madrid” klubundan ayrıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, “kral klubu”nun baş məşqçisi mövsümün son oyunu öncəsi keçirilən mətbuat konfransında qərarını açıqlayıb və “Real”a minnətdarlığını ifadə edib.

“Mən “Real”dan böyük minnətdarlıq hissi ilə ayrılıram. Futbolçular məni daha yaxşı etdi və hər gündən zövq almağa vadar etdi”, – deyə Arbeloa bildirib.

Madrid təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo olacaq. Portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. O, bu müddətdə komanda ilə İspaniya çempionluğu, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər