"Araz-Naxçıvan" avrokuboklar öncəsi heyəti gücləndirir
“Araz-Naxçıvan” klubu heyətinə yeni futbolçu cəlb edib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionatının bürünc mükafatçısı sol cinah müdafiəçisi olan Bruno Franko ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu son mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. O, karyerası ərzində Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.
Namiq HUN