“Araz-Naxçıvan” Andrey Demçenko ilə əməkdaşlığı yekunlaşdırdı
“Araz-Naxçıvan” klubu baş məşqçi Andrey Demçenko ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, ukraynalı mütəxəssisin müqavilə müddəti başa çatdığı üçün tərəflər əməkdaşlığı davam etdirməmək qərarı veriblər.
Klub rəhbərliyi Andrey Demçenkoya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 17 rəsmi oyunun 6-da qələbə qazanıb, 2-də isə heç-heçə edib.
Namiq HUN