Antonelli xəbərdarlıq etdi: “McLaren” və “Red Bull” hələ tam gücünü göstərməyib

İdman

19.02.2026 17:54

“Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli 2026-cı il “Formula-1” mövsümündə komandalar arasındakı güc balansı barədə fikirlərini bölüşüb.

TodayPress TV “Autoracer” nəşrinə istinadən xəbər verir ki, gənc pilot hazırda “Mercedes” bolidinin yaxşı işlədiyini qeyd etsə də, bəzi rəqib komandaların real potensiallarını hələ tam nümayiş etdirmədiyini bildirib.

Antonellinin sözlərinə görə, hazırda top komandaların heç birində sürət problemi görünmür. O, xüsusilə “McLaren”in son dövrdə ciddi inkişaf göstərdiyini vurğulayıb və həm bu komandanın, həm də “Red Bull”un testlər zamanı əsl sürətlərini gizlətdiyini düşünür.

Qeyd edək ki, “Formula-1” üzrə mövsümöncəsi son testlər hazırda Bəhreyndə keçirilir. Yeni mövsüm isə martın 8-də Avstraliya Qran-prisi ilə start götürəcək.

Namiq HUN

TodayPress TV

tag: Mercedes,F-1,Andrea Kimi Antonelli,Qran-Pri,Todaypress.tv,