Antonelli çempionluqdan sonra da təvazökarlığını qorumaq istəyir
“Mercedes” komandasının pilotu, yeni “Formula-1” dünya çempionu italiyalı Andrea Kimi Antonelli titul qazandıqdan sonra yarış nömrəsini dəyişib-dəyişməyəcəyi ilə bağlı sualı cavablandırıb.
TodayPress TV xəbər verir ki, Antonelli Meksika Qran-prisindən sonra keçirilən mətbuat konfransında 12 nömrə ilə çıxış etməyə davam edəcəyini bildirib:
“Düşünürəm ki, 12 nömrəni saxlayacağam. Bu rəqəm mənim üçün xüsusidir. Həm də təvazökar qalmağıma kömək edir. 12 nömrə mənə hər şeyə yenidən başlamaq və daha da yaxşılaşmaq imkanı verəcək.
Düzünü desəm, mən çox mövhumatçıyam. Birinci nömrə heç vaxt mənə uğurlu görünməyib. Onu harasa əlavə etdiyim vaxt hər şey çox pis başa çatıb”.
Namiq HUN