Çempionlar Liqasında “Sabah”ın növbəti matçını kim idarə edəcək?
“Vikinq” və “Sabah” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Norveçdə keçiriləcək görüşün hakim təyinatları açıqlanıb.
TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.
Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Namiq HUN