Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü

Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
02.11.2026 13:53 Sosial

Abşeron rayonunda baş verən ölüm hadisəsi ilə bağlı yeni detal məlum olub.

TodayPress TV xəbər verir ki, İri Şəhərlərin Su Təchizatının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Tofiq oğlu Ramazanov iş otağında qəfil dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə, Mahir Ramazanov ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

TodayPress TV

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər