Volf Antonellinin uğur hekayəsini danışdı: “Komandamızla fəxr edirəm”
“Mercedes” komandasının rəhbəri Toto Volf cari mövsümdə “Formula-1” dünya çempionu olan 20 yaşlı italiyalı Andrea Kimi Antonellinin uğurundan danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Volf Antonellinin “Mercedes”in əsas pilotlarından birinə çevrilməsi prosesinin heç də asan olmadığını bildirib:
“Özümüzü çimdikləməli oluruq. Sanki dünən onun yeniyetmə kartinqində, qarajda 11 yaşı var idi. Zaman çox sürətlə keçir. O, aşağı formulalarda qalib gəlirdi, sonra “Formula-2”də çətin mövsüm keçirdi və məhz həmin vaxt kənardan insanlar ona şübhə ilə yanaşmağa başladılar.
Lyuis Hemilton mənə “Ferrari”yə keçəcəyini deyəndə ilk reaksiyam Kiminin bolidə əyləşdirilməsi olmalı idi. Amma insanlar tərəddüd edirdilər. Onu sükan arxasına keçirəndə iki sponsor bizi tərk etdi. “Bu oğlan kimdir?” sualını verirdilər. Bununla belə, bizimlə bu günə qədər qalanlar da oldu. Onların bəziləri Meksikadadır və mükafat aldılar.
Sonra çətin bir il gəldi. İnsanlar yenə onun “Formula-1”də yerinin olmadığını və ya daha kiçik komandada çıxış etməli olduğunu deyirdilər. Doqquz yarış xal qazana bilmədi, “Spa”da göz yaşları tökdü, indi isə bu nəticəyə nail oldu.
Komandamızla fəxr edirəm. Hamı ona inanmağa davam etdi, Kimi isə bu etimadı doğrultdu. Bu, instinktiv qərar idi. Lyuis gedəndə Bredli Lorda zəng edib “Kimi gələn il boliddə olacaq” dedim. Biz məlumatları bilirdik və bu qərar doğru görünürdü. Düşünürəm ki, bu, hesablanmış risk idi, düşünülməmiş qumar yox”.
Namiq HUN