“Fənərbağça”da məşqçi dəyişikliyi: Konseysan İstanbul yolunda!

“Fənərbağça”da məşqçi dəyişikliyi: Konseysan İstanbul yolunda!
02.11.2026 13:16 İdman

Türkiyənin “Fənərbağça” futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisini portuqaliyalı mütəxəssis Serjiu Konseysan çalışdıracaq.

Mütəxəssisin bu gün İstanbula gələcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl “Fənərbağça” rəhbərliyi uğursuz nəticələrə görə baş məşqçi İsmail Kartalla yollarını ayırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər