Azərbaycanlı hakimə UEFA-dan növbəti etimad!
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının qarşılaşmasını idarə edəcək.
TodayPress TV xəbər verir ki, həmyerlimiz İspaniyada keçiriləcək “Vilyarreal” və PSJ-nin U-19 komandaları arasında baş tutacaq oyuna təyinat alıb.
Kamal Umudluya həmyerliləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə ispaniyalı Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Namiq HUN