Anonim qalacağını düşündü, amma dərhal ifşa olundu!

Anonim qalacağını düşündü, amma dərhal ifşa olundu!
10.06.2026 17:07 İdman

DÇ-2026 zamanı Xorvatiya millisinin qaldığı “AKA” hotelinin qida təminatı üzrə meneceri məxfi məlumatları yaydığı üçün işdən azad olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Sportske Novosti” məlumat yayıb. 

Hotel ilə FIFA və Xorvatiya Futbol Federasiyası arasında imzalanmış müqavilə əməkdaşların komanda ilə bağlı hər hansı məxfi məlumatı ictimaiyyətə açıqlamasını qadağan edir.

Buna baxmayaraq, menecer anonim müsahibəsində federasiyanın komandanın hoteldə qalacağı müddət üçün iki növ Xorvatiya şərabı sifariş etdiyini bildirib. O, şəxsiyyətinin gizli qalacağını düşünsə də, qısa müddətdə müəyyənləşdirilərək işdən çıxarılıb.

Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının qrup mərhələsində İngiltərə, Panama və Qana yığmaları ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər