Alvares transfer bazarının əsas hədəfinə çevrilib

İdman

13.05.2026 10:33

Arsenal”da PSJ ilə birlikdə Xulian Alvares uğrunda mübarizəyə qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, hər iki klub yay transfer pəncərəsində “Atletiko Madrid”in argentinalı hücumçusunu heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Daha əvvəl PSJ 26 yaşlı forvard üçün 150 milyon avrodan çox ödəməyə hazır olduğunu bildirib. Paris təmsilçisi portuqaliyalı hücumçu Qonsalu Ramuş ilə yolları ayıraraq əldə olunacaq vəsaiti Alvaresin transferinə yönəltmək niyyətindədir. Klubun yaxın vaxtlarda ilk rəsmi təklifini təqdim edəcəyi gözlənilir.

“Arsenal” isə parislilərin marağından xəbər tutduqdan sonra transfer uğrunda yarışa qoşulub. London təmsilçisi Alvaresi hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir və keçidi reallaşdırmaq üçün çalışmalara başlamağa hazırlaşır.

Bununla yanaşı, “Atletiko Madrid” argentinalı futbolçunu buraxmaq istəmir. Daha əvvəl “Barselona” da oyunçunu transfer etməyə cəhd göstərsə də, Kataloniya təmsilçisinin təklifi rədd olunub.

Qeyd edək ki, Xulian Alvaresin “hindular”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun dəyəri 90 milyon avro qiymətləndirilir.

Alvares cari mövsüm La Liqada keçirdiyi 29 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Arsenal,PSJ,Xulian Alvares,Atletiko Madrid,Todaypress.tv,