Almaniya nəhəngindən möhtəşəm start: 13 illik ənənə pozulmadı!
“Bavariya” UEFA Çempionlar Liqasının qrup/ümumi mərhələsində doğma meydanda keçirdiyi son 39 oyunda məğlubiyyət üzü görməyib.
TodayPress TV “Squawka”ya istinadən xəbər verir ki, Almaniya nəhəngi bu qarşılaşmalarda 37 qələbə qazanıb və 2 dəfə heç-heçə edib.
Münhen təmsilçisinin bu möhtəşəm seriyası artıq 13 ildir davam edir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ümumi mərhələsinin I turunda Vensan Kompaninin yetirmələri “Alyans Arena”da Norveçin “Budyo-Qlimt” klubunu 5:0 hesabı ilə darmadağın ediblər. Münhen təmsilçisinin heyətində Camal Musiala, Harri Keyn, Alfonso Devis fərqlənib, Maykl Olise isə dubla imza atıb.
Namiq HUN