Almaniya çempionundan sərt mesaj: Fransalı ulduza qapılar bağlandı!
Almaniyanın “Bayer 04” klubunun idman direktoru Simon Rolfes yayda “Əl-Hilal”dan ayrılaraq azad agent statusu alan hücumçu Karim Benzemanın Leverkuzen təmsilçisinə keçə biləcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Rolfes açıqlamasında komandanın heyətinin tam komplektləşdirildiyini bildirib.
Mətbuatda yayılan xəbərlərə görə, Benzema Leverkuzen klubunun layihəsini keçmiş komanda yoldaşları Musa Diabi və Lukas Vaskeslə müzakirə edib. Lakin hücumçunun yeni bir kluba keçidinə onun Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər nəzərdə tutulmuş səfiri müqaviləsi mane olur.
Namiq HUN