Alkarasdan səmimi etiraf: “41 qələbə heç də asan deyil”

İdman

04.03.2026 13:01

Yeddiqat “Böyük Dəbilqə” çempionu və dünya reytinqinin bir nömrəsi Karlos Alkaras ardıcıl qələbələr rekorduna münasibət bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə Punto de Break nəşrinə danışıb. 

İspan tennisçi əfsanəvi serbiyalı raketka ustası Novak Cokoviçin 2011-ci ilin əvvəlində qazandığı 41 oyunluq məğlubiyyətsiz seriyanı təkrarlamağın nə dərəcədə real olması ilə bağlı sualı cavablandırıb.

“Belə bir hədəfə can atmağa başlayana qədər bunun nə qədər çətin olduğunu anlamırsınız. 41 çox görünməyə bilər. Amma 12-yə çatanda düşünürsən ki, qarşıda dünyanın ən böyük dörd-beş turniri var. Mövsümə belə başlamağımla fəxr edirəm. Ümid edirəm ki, seriya davam edəcək, amma əsas odur ki, əla tennis nümayiş etdirirəm”, – deyə Alkaras bildirib.

Qeyd edək ki, Hazırda Karlos Alkarasın aktivində 12 ardıcıl qələbə var.

Namiq HUN

TodayPress TV

tag: Karlos Alkaras,Böyük Dəbilqə,Tennis,Reytinq,Todaypress.tv,