Alkaras: “Finaldakı atmosfer yox, Sinner daha güclü idi”
İdman
17.11.2025 15:54
“Böyük dəbilqə” seriyalı turnirlərin 6 qat qalibi, dünya tennisinin bir nömrəsi, ispaniyalı Karlos Alkaras ATP İlin Sonu Final Turnirinin (2025) Turin finalında italiyalı Yannik Sinnerə məğlub olduğu qarşılaşmada səs-küylü italyan azarkeşlərinin ona mane olub-olmadığı barədə danışıb.
TodayPress TV “Punto de Break”ə istinadən xəbər verirki, o, tribunanın səs-küyünün oyununa təsir göstərmədiyini etiraf edib.
“Tribunaların enerjisini hiss edirdim, amma bu mənə mane olmadı. Azarkeşlərin mənə qarşı olduğunu düşünmürəm, onlar sadəcə Sinnerə azarkeşlik edirdilər. Karyeramın ən çətin oyunu tribunaların təzyiqinə görə 2021-ci ildə Parisdə, ‘Bersi’ stadionunda olub. Mən bunu heç vaxt unutmayacağam. Həmin hadisədən sonra çox inkişaf etdim”, - deyə Alkaras bildirib.
Xatırladaq ki, 2021-ci ildə Paris Masters turnirində Alkaras üçüncü raundda fransalı Hüqo Qastona 4:6, 5:7 hesabı ilə məğlub olub. O zaman Karlos cəmi 18 yaşda idi.
Eyd edək ki, Turin finalında Alkaras Sinnerə 6:7 (4:7), 5:7 hesabı ilə uduzub.
Namiq HUN
tag: “Böyük dəbilqə” ,Turin ,Yannik Sinner,Paris,Todaypress.tv,
