Ağır itki: Ekitike bir il futboldan uzaq qala bilər!
İdman
15.04.2026 09:51
“Liverpul” klubunun hücumçusu Uqo Ekitike ağır zədə ilə üzləşib.
TodayPress TV xəbər verir ki, bu barədə idman zədələri üzrə mütəxəssis Əbdül Salam Əl-Şammari X sosial şəbəkəsində məlumat yayıb.
Fransalı futbolçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Pari Sen-Jermen” ilə keçirilən cavab oyununda ilk hissədə zədələnərək meydanı xərəkdə tərk edib. O, müstəqil şəkildə ayağa qalxa bilməyib.
Məlumata görə, Ekitike axilles vətərini qopara bilər. Bu halda onun bərpa müddəti 9 aydan 1 ilə qədər uzana bilər.
Görüşün 30-cu dəqiqəsində onu Məhəmməd Salah əvəzləyib.
Qeyd edək ki, futbolçunun “Liverpul”la müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir və onun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Uqo Ekitike,Liverpul,Zədə,Klub,Todaypress.tv,
