“Ağ-qaralar” üçün yaxşı xəbər: Transfer qadağası ləğv edildi

İdman

08.05.2026 21:13

"Neftçi" klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O bildirib ki, transfer qadağasının aradan qaldırılması ilə bağlı bütün prosedurlar tamamlanıb və klubun hər hansı borc öhdəliyi yoxdur:

"Transfer qadağası artıq aradan qaldırılıb. Heç bir borc öhdəliyimiz qalmayıb".

Qeyd edək ki, daha əvvəl FIFA tərəfindən "Neftçi"yə transfer qadağası tətbiq olunmuşdu. Klubdan verilən açıqlamada buna səbəb kimi texniki gecikmə nəticəsində yaranmış ödəniş problemi göstərilmişdi.

TodayPress TV

tag: Neftçi, Asəf Zeynallı,Transfer,Qadağa,TodayPress TV,