AFFA-dan “Qarabağ”a sərt qərar — minlərlə manat cərimə
AFFA Premyer Liqanın XXII turunda “Qarabağ” - “Sabah” oyununda baş verənlərə görə Azərbaycan çempionunu sərt cəzalandırıb.
TodayPress TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” - “Sabah” oyununda Ağdam təmsilçisi azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə klub 8000 manat cərimə edilib.
“Köhlən atlar”, həmçinin komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək.
Namiq HUN