Advokatdan şok qərar - Kurasao ilə yollar ayrıldı

Advokatdan şok qərar - Kurasao ilə yollar ayrıldı
23.02.2026 15:44 İdman

Məşhur niderlandlı mütəxəssis Dik Advokat Kurasao yığma komandasının baş məşqçisi postundan ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti sosial şəbəkə X vasitəsilə məlumat yayıb. 

Bildirilib ki, 78 yaşlı çalışdırıcı qızının ciddi sağlamlıq problemləri səbəbindən vəzifəsini tərk edib.

Qeyd edək ki, Advokat 2024-cü ildən Kurasao yığmasına rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Turnir bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər