Adriel Ba Loua ilə əməkdaşlığa son verildi

Adriel Ba Loua ilə əməkdaşlığa son verildi
10.06.2026 13:13 İdman

“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Fildişi Sahilindən olan futbolçu 2025-ci ilin yayından etibarən “Qəbələ”nin formasını geyinirdi. O, bu müddətdə komandanın heyətində 35 oyuna çıxıb, 4 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Klub futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər