Açılış mərasimində o çıxış edəcək
İtaliyalı opera müğənnisi Andrea Boçelli futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimində çıxış edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə FIFA sosial şəbəkədə məlumat yayıb.
Açılış oyunu iyunun 11-də Meksikanın paytaxtı Mexikonun "Asteka" stadionunda keçiriləcək. Qarşılaşmada Meksika və Cənubi Afrika Respublikası milli komandaları üz-üzə gələcəklər.
Mərasimdə, həmçinin David Quetta, EJAE və "Megan Thee Stallion" iştirak edəcəklər.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək davam edəcək.